Nov 07 2018 13:23
Naile Hesenova
Views: 30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaq.


Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında gecə və səhər yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-18° isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  3-8 dərəcə  isti təşkil edəcək.


Tibbi-meteoroloji proqnoz - Noyabrın 8-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

 


Create Account



Log In Your Account