Feb 08 2018 11:32
Naile Hesenova
Views: 64

Yeni Azərbaycan Partiyası (YAP) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb.

Bu barədə YAP-ın bu gün keçirilən VI qurultayında qərar qəbul edilib.

Qərar yekdilliklə qəbul olunub. YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərarını təqdim edib.

YAP sədri, dövlət başçısı İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Yeni Azərbaycan Partiyasının VI qurultayı dövlət himninin səslənməsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-nə təyin olunub.

 


Create Account



Log In Your Account