Apr 10 2020 18:08
Elshad Aliyev
Views: 358

Yaponiyanın Azərbaycandakı səfirliynin son bir neçə il ərzində hər il nəşr etdiyi “Yaponiya-Azərbaycan münasibətləri" jurnalının 2019-cu il üçün olan nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnalda 2019-cu ildə Yaponiya ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni münasibətlər, həmin sahələrdə baş vermiş müxtəlif hadisələr öz əksini tapıb.

Jurnal Yaponiyanın Azərbaycandakı səfiri Katori Tereyukinin bu Gündoğar ölkənin Azərbaycandakı səfirliyinin açılmasının 20-ci ildönümü ilə əlaqədar mesajı ilə başlayır. Həmin məqalədə ötən dövrdə iki ölkə arasında qurulmuş əlaqələri yüksək qiymətləndirən diplomat Yaponiya və Azərbaycan arasında qarşılıqlı dostluq münasibətlərinin davamlı şəkildə inkişaf etdirildiyini xüsusi vurğulayır. Qeyd edir ki, ötən il də iki dost ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm tədbirlərin reallaşması ilə əlamətdar olub. Məqalədə yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafındakı rolu xüsusi vurğulanıb. İki ölkə arasında əməkdaşlıq münasibətlərinin cari ildə də müxtəlif sahələrdə inkişaf edəcəyinə əminliyini ifadə edən səfir bunun iki ölkənin nümayəndələrinin qarşılıqlı əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyinə inandığını bildirib.

Jurnalda əksini tapan digər məqalələr “Azərbaycan-Yaponiya siyasi münasibətləri”, “Yaponiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq”, “Yaponiya-Azərbaycan iqtisadi əlaqələri” və “Mədəni-ictimai əlaqələr” adlı bölmələrdə toplanıb.

Hər bir bölmədə başlığa uyğun olaraq iki ölkə arasında qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətləri üzrə həyata keçirilmiş tədbirlər, onların mahiyyəti və iştirakçıları barədə ətraflı məlumatlar əks olunub. Həmin tədbirləri əks etdirən fotolara geniş yer verilib.


Create Account



Log In Your Account