Jun 16 2021 10:54
Elshad Aliyev
Views: 91

Yaponiya hökuməti iyunun 17-də Tokioda və digər doqquz prefekturada koronavirus pandemiyasına görə tətbiq edilən fövqəladə vəziyyət rejimi barədə qərar qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, hökumət tərəfindən tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti iyunun 20-də başa çatır. Hakimiyyət orqanları epidemioloji vəziyyətin daha yaxşı olduğu prefekturalarda fövqəladə vəziyyət rejiminin aradan qaldırılmasını və koronavirusun yayılmasının qarşısını almaq üçün digər tədbirlərin tətbiqini nəzərdə tutur.

Yaponiyanın Baş naziri Yoşihide Suqa iyunun 16-da əlaqədar nazirliklərlə müzakirələr aparmağı, ertəsi gün isə mütəxəssislərlə hansı prefekturalarda bu keçidin həyata keçirilməsini məsləhətləşməyi planlaşdırır.

Bildirilir ki, hökumət avqustun sonlarınadək fövqəladə vəziyyətin davam edəcəyi prefekturalarda böyük kütləvi tədbirlərdə 5 minədək iştirakçı məhdudiyyətini və ciddi tədbirlərin davam etdirilməsini qüvvədə saxlamağı nəzərdə tutur.

Qeyd edilir ki, hökumət, həmçinin fövqəladə vəziyyət rejimi aradan qaldırıldıqdan sonra da böyük kütləvi tədbirlərdə tamaşaçıların sayını 10 minədək məhdudlaşdırmaq niyyətindədir.


Create Account



Log In Your Account