May 07 2020 09:45
Elshad Aliyev
Views: 47

Yaponiya hökuməti fövqəladə vəziyyət rejiminin ləğvi məsələsini hər həftə mütəxəssislərlə müzakirə etməyi planlaşdırır. AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya İqtisadiyyatın Bərpa naziri Nişimura Yasutoşi məlumat verib.

Həmçinin koronovirusla mübarizəyə cavabdeh olan N.Yasutoşi Yaponiyanın nəhəng işgüzar assosiasiyalarının liderləri və prefekturaların nümayəndələri ilə keçirilən telekonfrans zamanı onları insanlar arasında təmasları azaltmaq yolu ilə koronovirusun yayılmasının qarşısını almaq üçün işbirliyinə çağırıb.

Nazir əlavə olaraq bildirib ki, o, mayın 14-də və 21-də fövqəladə vəziyyət rejiminin aradan qaldırılması, hər bir prefekturada iqtisadi və ictimai fəaliyyətin bərpası məqsədilə məhdudiyyətlərin yumşaldılması üçün mütəxəssislərin rəyini dinləyəcək.

Bu zaman koronavirusa yoluxanların sayı, yerli səhiyyə sisteminin vəziyyəti və virus testlərinin miqdarı kimi göstəricilər əsas götürüləcək. Bu məsələlərlə əlaqədar rəqəmlərin rəsmi nümayəndələr tərəfindən təqdim ediləcəyi bildirilir.

Əlavə olaraq qeyd edək ki, mayın 7-də yerli vaxtla saat 11:30-a olan son məlumatlara əsasən, Yaponiyada koronavirusa yoluxanların sayı 16 min 189 nəfər təşkil edib. Onlardan 5 min 569 nəfərin sağaldığı, 590 nəfərin isə öldüyü bildirilir. Bununla yanaşı, 312 nəfərin vəziyyətinin çox ağır olduğu vurğulanır.


Create Account



Log In Your Account