Apr 10 2020 11:52
Elshad Aliyev
Views: 75

Yaponiya hökuməti şahzadə Akişinonun apreldə keçirilməsi planlaşdırılan taxtın vəliəhdi elan olunması mərasiminin təxirə salınması barədə qərar qəbul edib.

AZƏRTAC Yaponiya Nazirlər Kabinetinə istinadla xəbər verir ki, bu münasibətlə iki mərasim aprelin 19-da Tokiodakı İmperator sarayında baş tutmalı idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar cari həftənin əvvəllərində ölkədə fövqəladə vəziyyət rejimi elan olunduğuna görə hökumət həmin mərasimlərin tarixini dəyişmək və ya onları təxirə salmaq üzərində düşünür.

Bu ərəfədə hökumət həmin mərasimlər zamanı qonaqların sayını azaltmağı və bu münasibətlə təşkil olunacaq ziyafəti ləğv etməyi nəzərdə tuturdu.

Bildirilir ki, hökumət məsələ ilə bağlı son qərar qəbul etməzdən əvvəl ümumi vəziyyəti bir daha qiymətləndirməyi planlaşdırır.


Create Account



Log In Your Account