Feb 13 2020 12:02
Elshad Aliyev
Views: 90

Yaponiya hökuməti yeni koronavirusa qarşı mübarizə məqsədilə ilk fövqəladə tədbirlər paketini təsdiq edib.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə xərcləri bağlamaq üçün ehtiyat fondundan əlavə vəsaitlərin cəlb edilməsi qərara alınıb. Bildirilir ki, yeni sınaq dəstləri, dərman vasitələri və vaksinlər üçün 4 milyon 100 min dollar vəsait ayrılacaq.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib ki, tibbi maskaların çatışmazlığını aradan qaldırmaq məqsədilə həftəlik buraxılışın 100 milyondan çox olması qərara alınıb.

Xəbər verdiyimiz kimi, son həftələr Yaponiyada tibbi maskaların kəskin çatışmazlığı qeydə alınıb.

Y.Suqa bildirib ki, əlaqədar nazirliklər və müəssisələr tibbi maska istehsal edən şirkətləri ötən ayın sonlarından istehsalı artırmağa çağırırlar.

Baş katib əlavə edib ki, görülən tədbirlər nəticəsində tibbi maska istehsal edən şirkətlər sutka ərzində fasiləsiz işləyərək istehsalı həftədə 100 milyon ədədə çatdırmağa çalışırlar.

 

 


Create Account



Log In Your Account