Apr 09 2020 16:56
Elshad Aliyev
Views: 165

Yaponiya Səhiyyə Nazirliyi koronavirus testlərinin gündəlik sayını 20 minə çatdırmağa çalışır. Bundan əlavə, “ayaq üstü” testlərin sayının artırılması planlaşdırılır ki, bu da insanların birbaşa onların nəqliyyat vasitələrində yoxlanmasını nəzərdə tutur.

AZƏRTAC Yaponiya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, hazırda gündəlik testlərin sayı maksimum 12 min ədəd təşkil edir. Həmin testləri Milli İnfeksiya Xəstəlikləri İnstitutu, ictimai səhiyyə mərkəzləri və digər tibb müəssisələr həyata keçirir.

Nazirlik bu məqsədlə lazım olan avadanlığın sayını artırmaq yolu ilə testlərin də sayını artırmağa çalışır. Bu avadanlığın alınması üçün vəsait Yaponiya hökuməti tərəfindən bu yaxınlarda təsdiq olunan fövqəladə iqtisadi paketdə nəzərdə tutulub.

Nazirlik, həmçinin testlərin sayını artırmaq məqsədilə lazım olan tibbi personalın da sayını artırmağı nəzərdə tutur.

Bildirilir ki, Niiqata şəhəri də daxil olmaqla ölkənin bir sıra rayonlarında keçirilən “ayaq üstü” testlər insanların onlara məxsus nəqliyyat vasitələrində yoxlanmasına şərait yaradır. Nazirlik bu üsuldan istifadəni artırmaqla, infeksiyanın xəstəxana daxili yayılması yolunun qarşısını almağa çalışır.


Create Account



Log In Your Account