Apr 07 2020 11:10
Elshad Aliyev
Views: 75

Yaponiya koronavirus pandemiyasının mənfi təsirini azaltmaq üçün 990 mlrd. ABŞ dollarlıq stimullaşdırıcı paket hazırlayır.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, paketin həcmi ölkənin iqtisadi istehsalının təxminən 20%-nə bərabərdir və hazırkı vəziyyətdə bu məbləğin kifayət edəcəyi gözlənilir.

Qeyd edək ki, stimullaşdırıcı paketə vətəndaşlara və kiçik müəssisələrə ünvanlı ödəmələr, habelə sosial ödənişlərin və vergilərin təxirə salınmasını təmin edən vəsaitlər daxil olacaq.


Create Account



Log In Your Account