Mar 09 2020 15:04
Elshad Aliyev
Views: 88

Yaponiya hökumətinin yaydığı məlumata görə, martın 9-da səhər saatlarında Şimali Koreya tərəfindən ballistik raketlərin növbəti sınağı keçirilib.

AZƏRTAC xəbər verir ki, rəsmi mənbələrin bildirdiyinə görə, Yapon dənizi istiqamətində buraxılan raketlər Yaponiyanın məxsus iqtisadi zonadan kənarda dənizə düşüb.

Şimali Koreyanın həmin raketləri ölkənin şərq sahillərindən səhər saat 7:34 və 7:35 radələrində buraxdığı bildirilir.

Rəsmi mənbələrə əsasən, şimal-şərq istiqamətində uçan həmin obyektlər 100-200 kilometrarası məsafəni dəf edərək, təqribən 7:36 və 7:39 radələrində Yapon dənizinə düşüb.

Sınaqlar nəticəsində dəniz və hava nəqliyyatı vasitələrinə hər hansı bir ziyanın dəyməsi barədə məlumat daxil olmayıb.

Bununla əlaqədar Yaponiya hökumətinin Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcəyi və müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edəcəyi gözlənilir.

Hazırda Baş Nazirin iqamətgahı yanında fəaliyyət göstərən xüsusi qərargahın hadisə ilə bağlı bütün məlumatları topladığı qeyd edilir.

 


Create Account



Log In Your Account