Jun 25 2021 09:50
Elshad Aliyev
Views: 101

Yaponiya təmənnasız olaraq İndoneziya, Tailand, Malayziya və Filippinə koronavirusa qarşı 4 milyon doza “AstraZeneca” vaksini göndərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi Tokioda keçirilən ənənəvi mətbuat konfransı zamanı bildirib.

“Gələn həftə, iyulun 1-də biz İndoneziya, Tailand, Malayziya və Filippinə - hər bir ölkəyə ayrılıqda 1 milyon doza “AstraZeneca” vaksini göndərməyə başlayacağıq. Bununla yanaşı, biz Yaponiyadan vaksin almış Vyetnam və Tayvana da – hər birinə ayrılıqda əlavə 1 milyon doza vaksin tədarük edəcəyik”, - deyə nazir qeyd edib.

Bildirilir ki, iyunun 4-də Yaponiya Tayvana 1,24 milyon doza “AstraZeneca” vaksini göndərib. İyunun 14-də isə Vyetnama 1 milyon doza vaksin tədarük edilib.

Xatırladaq ki, Yaponiya ötən il Britaniya-İsveç birgə müəssisəsi olan “AstraZeneca”, ABŞ-ın “Moderna”, ABŞ və Almaniyanın “Pfizer” və “BionTech” şirkətlərinin konsorsiumu ilə vaksinlərin tədarükü barədə müqavilə imzalayıb. Bu peyvəndlərin hər üçü Yaponiyada istifadə üçün yararlı hesab edilsə də, hələlik “AstraZeneca” şirkətinin məhsulundan istifadə edilmir.


Create Account



Log In Your Account