Dec 11 2019 10:20
Elshad Aliyev
Views: 113

Dekabrın 11-də Yaponiya sahillərində, paytaxt Tokiodan təqribən 580 kilometr məsafədə 5,7 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla gecə saat 3:05 dəqiqədə qeydə alınan yeraltı təkanların ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.


Create Account



Log In Your Account