Mar 10 2020 15:31
Elshad Aliyev
Views: 48

Yaponiya Xarici Ticarət Təşkilatı (JETRO) fevralın 27-dən 29-dək Bakıda Gündoğar ölkənin məşhur “Wagyu” ətinin təqdimatı barədə biznes hesabatnı martın 10-da yayıb.

AZƏRTAC xəbər verir ki, təşkilatın saytında yerləşdirilmiş məlumatda tanınmış otellər və restoranlar üçün nəzərdə tutulan təqdimatın Azərbaycanda fəaliyyət göstərən “Foodstaff JP” və mənzil-qərargahı Fukui şəhərində yerləşən “Aljas World” şirkətləri tərəfindən təşkil olunduğu bildirilir. Qeyd olunur ki, tədbir zamanı “Wagyu” əti şəhərin elit kateqoriyasına daxil edilmiş yerli tərəfdaşlara, restoranların baş aşpazlarına və ticarət üzrə menecerlərə təqdim edilib.

Bildirilib ki, Azərbaycanda ilk dəfə keçirilən “Wagyu” əti təqdimatının məqsədi Yaponiyadan birbaşa gətirilmiş bu məhsulun yerli bazara tanıdılmasıdır. Əlavə olaraq qeyd edilib ki, İmperator Naruhitonun doğum günü ilə əlaqədar Yaponiya səfirliyi tərəfindən fevralın 27-də keçirilmiş tədbirdə də bu ət növü iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.


Create Account



Log In Your Account