Jul 15 2020 17:28
Elshad Aliyev
Views: 139

İyulun 15-də Yaponiya Xarici İşlər Nazirliyi Ermənistan - Azərbaycan sərhədində qarşıdurma ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən agentliyin bu ölkədəki müxbir məntəqəsinə göndərilən məlumatda bildirilib.

Bəyanatın mətnində deyilir ki, Yaponiya Ermənistan-Azərbaycan sərhədində bu günlərdə baş verən qarşıdurma və insanların həlak olması ilə əlaqədar narahatlığını ifadə edir. Bütün münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmağa və maksimum təmkin nümayiş etdirməyə çağırır.

Sənəddə qeyd edilir ki, Ermənistan və Azərbaycan arasında münaqişənin yekun həlli Qafqaz regionunda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, Yaponiya ATƏT-in Minsk qrupunun həmsədrlərinin iki ölkə arasında münaqişənin həlli istiqamətində səylərini dəstəkləyir və problemin beynəlxalq hüququn prinsipləri əsasında sülh yolu ilə həllini gözləyir.


Create Account



Log In Your Account