Apr 08 2020 09:35
Elshad Aliyev
Views: 69

Yaponiyada COVID-19 koronavirusuna qarşı mübarizəni gücləndirmək məqsədilə “Fuqaku” superkompüterindən nəzərdə tutulduğundan bir il tez istifadə olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə superkompüterin hazırlanması ilə məşğul olan RIKEN İnstitutu məlumat yayıb. Kobe şəhərində yerləşən İnstitutdan bildirilib ki, adı “Fuci dağı” mənasını verən kompüterdən universitetlər tərəfindən aparılan tədqiqatlarda istifadə olunacaq.

Həmin layihə əsasən COVID-19-a qarşı dərman hazırlanmasını, onun iqtisadiyyata təsirini, müxtəlif simulyasiyalar aparılmasını və digər məsələləri özündə birləşdirən dörd vəzifənin həyata keçirilməsini nəzərdə tutur.

Qeyd edilir ki, RIKEN İnstitutu ilkin olaraq bu superkompüterin 2021-ci ildə tam gücü ilə istifadəyə verilməsini planlaşıdırırdı. Belə ki, onun hesablama bloklarının təqribən 25 faizi hələ quraşdırılmayıb.

İnstitut əməkdaşlarının bildirdiyinə görə, “Fuqaku” tam hazır olmasa da, onun hesablama sürəti vaxtilə dünyanın ən sürətli superkompüteri hesab olunan K modelini təqribən səkkiz dəfə üstələyir.


Create Account



Log In Your Account