Apr 22 2020 10:54
Elshad Aliyev
Views: 60

Aprelin 22-nə olan son məlumatlara görə Yaponiyada COVID-19 koronavirusuna yoluxanların ümumi sayı 12 min nəfəri ötüb.

AZƏRTAC Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə və yerli administrasiyalara istinadla xəbər verir ki, son sutka ərzində ölkə üzrə daha 390 nəfər koronavirusa yoluxub. Beləliklə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 12 min 255 nəfər təşkil edib.

Eyni zamanda, aprelin 21-də koronavirus infeksiyasına yoluxan 20 nəfərin öldüyü də bildirilir. Ümumilikdə bu günədək bütün ölkə üzrə 296 nəfərin koronavirus infeksiyasından dünyasını dəyişdiyi bildirilir.

Nazirliyin əməkdaşlarının bildirdiyinə görə, 236 nəfərin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 2001 nəfərin sağalaraq xəstəxanaları tərk etdiyi də qeyd edilir.


Create Account



Log In Your Account