May 14 2020 15:11
Elshad Aliyev
Views: 58

Yaponiyada COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət ölkənin çox hissəsində aradan qaldırılır.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Baş naziri Şinzo Abe deyib.  

O bildirib ki, ölkənin 47 prefekturasından 39-da fövqəladə vəziyyət aradan qaldırılır: "Lakin Tokyo və Osaka prefekturalarının şəhər mərkəzlərində qadağa və məhdudiyyətlər epidemiya aradan qalxanadək qüvvədə qalacaq".


Create Account



Log In Your Account