Mar 24 2021 10:15
Elshad Aliyev
Views: 134

Yaponiyada martın 23-də baş verən helikopter qəzasındaya xəsarət alanların sayı altı nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə yerli “NHK” telekanalı məlumat yayıb. 

Yaralılardan pilot da daxil olmaqla, 4-nün vəziyyəti ağırdır. Onlara bud və onurğa sümüyünün sınığı diaqnozu qoyulub. 

Hadisə ilə əlaqədar Yaponiya Nəqliyyat Təhlükəsizliyinə Nəzarət Komitəsi istintaqa başlayıb. 

Qeyd edək ki, helikopter qəzası ötən gün axşam Yaponiyanın mərkəzi hissəsində - Naqano prefekturasında baş vermişdi. İlkin olaraq yalnız pilotun yaralandığı bildirilirdi.


Create Account



Log In Your Account