May 01 2020 14:01
Elshad Aliyev
Views: 71

Yaponiyada koronavirus pandemiyası şirkətlərin əksəriyyətinin fəaliyyətinə çox ciddi mənfi təsir göstərir. AZƏRTAC 123 şirkətin fəaliyyətini ümumiləşdirmiş “SMBC Nikko Securities” şirkətinə istinadla xəbər verir ki, bu şirkətlərin yarıdan çoxu ötən illə müqayisədə gəlirlərinin yarıbayarı azaldığını bildiriblər.

Həmin şirkətlər koronavirus pandemiyasına görə satışın kəskin azaldığını bəyan ediblər. Bununla yanaşı, həmin şirkətlər səhmlərinin qiymətinin enişi ilə əlaqədar ziyana düşdüklərini də bəyan ediblər.

Ümumilikdə götürdükdə bu 123 şirkətin gəlirlərinin ötən illə müqayisədə 10,8 faiz azaldığı qeyd edilir. Aviasiya və nəqliyyat şirkətlərinin, həmçinin elektron avadanlıqlar sektorunun xüsusən ciddi ziyanla qarşılaşdığı bildirilir.

Bu şirkətlərin təqribən 70 faizi 2020-ci maliyyə ilində fəaliyyətlərinin nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkdiklərini deyiblər.


Create Account



Log In Your Account