Apr 03 2020 14:53
Elshad Aliyev
Views: 72

Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir. AZƏRTAC Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə və yerli administrasiyalara istinadla xəbər verir ki, aprelin 2-də axşam 23:30-a olan son məlumatlara görə daha 276 nəfərin koronavirusa yoluxduğu bildirilir. Bunlardan 97-si Tokioda qeydə alınıb.

Beləliklə, “Diamond Pricess” kruiz gəmisində yoluxanlar nəzərə alınmaqla, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 3483 nəfərə çatıb. Ölkə üzrə koronavirusa yoluxanlardan 84 nəfərin öldüyü bildirilir.

Yaponiyanın regionları üzrə yoluxanlarla bağlı məlumatlara görə siyahıya 684 nəfərlə paytaxt Tokio başçılıq edir. İkinci yerdə 311 nəfərlə Osaka, üçüncü yerdə 190 nəfərlə Çiba, sonra isə 189 nəfərlə Aiçi, 186 nəfərlə Kanaqava və 183 nəfərlə Hokkaydo prefekturaları gəlir.


Create Account



Log In Your Account