Apr 15 2020 12:38
Elshad Aliyev
Views: 66

Aprelin 15-də səhər saatlarına olan son məlumatlara görə, Yaponiyada COVID-19 koronavirusuna yoluxanların sayı artmaqda davam edir.

AZƏRTAC Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə və yerli administrasiyalara istinadla xəbər verir ki, həmin gün saat 11:30-a olan son məlumatlara görə virusa yoluxanların ümumi sayı 8915 nəfərə çatıb. Buraya “Diamond princess” kruiz laynerində olan 712 nəfər, Çinin Hubey əyalətindən xüsusi çarter reysi ilə gətirilənlər, aeroportlarda karantin zamanı aşkar edilən şəxslər və nazirliyin yoxlamalar zamanı virusa yoluxan məmurları da daxildirlər.

Həmin gün daha bir ölüm halının qeydə alındığı da bildirilir ki, bununla da virusa yoluxaraq ölənlərin ümumi sayı 175 nəfərə çatıb.

Virusa yoluxanların sayına görə Tokionun birinci yerdə olduğu qeyd edilir – 2319 nəfər. Bundan sonra 894 nəfərlə Osaka, 579 nəfərlə Kanaqava, 502 nəfərlə Çiba, 452 nəfərlə Saytama, 409 nəfərlə Fukuoka və 404 nəfərlə Hioqo prefekturaları gəlir.

Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, 158 nəfərin vəziyyəti ağır olaraq qalır. 1497 nəfərin isə sağalaraq xəstəxanaları tərk etdikləri qeyd edilir.


Create Account



Log In Your Account