Apr 28 2020 15:17
Elshad Aliyev
Views: 63

Aprelin 27-də Yaponiyada koronavirusa yoluxma ilə əlaqədar daha 172 hal qeydə alınıb və beləliklə bütün ölkə üzrə bu virusa yoluxanların ümumi sayı 14325 nəfərə çatıb.

AZƏRTAC Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla xəbər verir ki, həmin siyahıya ölkəyə daxil olma məntəqələrində yerləşdirilmiş karantin postlarında testlərdən keçənlər, nazirliyin əməkdaşları, Çinə Yaponiyadan çarter reysi ilə dönənlər daxil ediliblər. Bununla yanaşı, həmin siyahıda “Diamond Princess” və “Costa Atlantika” kruiz laynerlərində virusa yoluxanlar da var.

Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, son məlumatlara əsasən 304 nəfərin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 407 nəfərin öldüyü, 3554 nəfərin isə sağalaraq xəstəxanaları tərk etdiyi də bildirilir.


Create Account



Log In Your Account