Apr 20 2020 10:37
Elshad Aliyev
Views: 66

Yaponiya hökuməti koronavirusa yoluxmuş yüngül simptomlu xəstələrin yerləşdirilməsi üçün bütün ölkə ərazisində 210 min otel nömrəsi ayırıb.

AZƏRTAC xəbər verir ki, bunu Yaponiyanın İqtisadi Bərpa naziri Yasutoşi Nişimura açıqlayıb. Hökumət, həmçinin şirkətlərdən aldığı 120 min tibbi maskanı səhiyyə müəssisələrinə təqdim edib.

Nazir bildirib ki, hökumət artıq həmin mehmanxanaların operatorları ilə 6 min nəfərin yerləşdirilməsi ilə bağlı müqavilə imzalayıb.

Qeyd edək ki, son məlumatlara əsasən, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 11 min nəfəri ötüb. Aprelin 19-da Tokioda koronavirusa yoluxmuş daha 107 nəfər aşkar edilib. Beləliklə, paytaxtda bu virusa yoluxanların sayı 3 mini keçib və bu, prefekturalar arasında ən yüksək göstəricidir.


Create Account



Log In Your Account