Mar 19 2020 09:44
Elshad Aliyev
Views: 32

Martın 19-na olan son məlumatlara əsasən, Yaponiyada yeni koronavirusa yoluxma halları cəmi üç nəfər artaraq 924-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi və yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, buraya Çinin Hubey əyalətindən çarter reysi ilə gətirilmiş sərnişinlər arasında qeydə alınan 14 hal da daxildir. Beləliklə, ümumilikdə Hokkaydo da 154, Aiçidə 130, Osakada 117, Tokioda 111, Hioqoda 92 və Kanaqavada 60 hal qeydə alınıb. Əgər bura “Diamond Princess” kruiz laynerində yoluxan 712 nəfəri əlavə etsək ümumilikdə yeni koronavirusa yoluxanların sayı 1636 nəfərə bərabər olacaq. Yoluxanlar arasında vəfat edənlər 39 nəfər təşkil edib. Onlardan 32-si Yaponiyada, qalan 7-si kruiz gəmisində yeni koronavirusa yoluxanlardır.

Nazirlikdən bildiriblər ki, martın 18-ə olan məlumata əsasən, ümumilikdə 60 nəfərin vəziyyəti çox ağırdır.

Həmin günədək xəstəxənalardan sağalaraq evə buraxılanların sayı 718 nəfərə bərabər olub.


Create Account



Log In Your Account