Feb 17 2020 15:02
Elshad Aliyev
Views: 53

Yaponiyanın Yokohama limanında saxlanılan “Diamond Princess” kruiz laynerində COVID-19 virusuna yoluxmuş insanların sayı daha 99 nəfər artıb.

AZƏRTAC xəbər verir ki, fevralın 17-də bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb.

Beləliklə, həmin gəmidə yeni koronavirusa yoluxanların sayı 454 nəfərə çatıb. Yeni xəstələrin hansı millətin nümayəndələri olması barədə məlumat verilmir.

Əlavə olaraq qeyd edək ki, fevralın 17-də kruiz laynerində olan 380 ABŞ vətəndaşı çarter aviareysi ilə vətənlərinə yola salınıb.

Kanada Xarici İşlər Nazirliyi də, gəmidəki vətəndaşlarını təxliyə edəcəyini bildirib. Kruiz gəmisində 255 Kanada vətəndaşının olduğu bildirilir.


Create Account



Log In Your Account