May 06 2020 09:40
Elshad Aliyev
Views: 56

Mayın 6-da yerli vaxtla gecə saat 1:57-də Tokionun qonşuluğunda yerləşən Çiba prefekturasında 5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların ocağı 70 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərər çəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.


Create Account



Log In Your Account