Jun 08 2021 10:54
Elshad Aliyev
Views: 94

2020-ci maliyyə ilində (bu ilin martın 31-də bitib) Yaponiyanın real ÜDM-i illik ifadədə 4,6% azalıb. Bu, statistikanın aparıldığı 1955-ci ildən bəri ən böyük azalmadır.

"APA-Economics"in məlumatına görə, illik ÜDM-ə dair yenilənmiş statistika çərşənbə axşamı Yaponiyanın Nazirlər Kabinetinin saytında dərc edilib.

ÜDM-dəki mənfi dinamika fərdi istehlakın 2020-ci təqvim ilində 6%, ixrac həcmlərinin isə 12,5%-dən 10,5%-dək azalması ilə əlaqədardır. Son maliyyə ilində idxalın həcmi də azalıb – 6,9%.

2020-ci maliyyə ilinin IV rübündə (2021-ci ilin yanvar-mart ayları) Yaponiyanın ÜDM-i illik ifadədə 3,9% azalıb.

 


Create Account



Log In Your Account