Apr 13 2020 10:47
Elshad Aliyev
Views: 69

Yaponiyanın Hokkaydo prefekturasının qubernatoru və Sapporo şəhərinin meri koronavirusa yoluxanların sayının yenidən artması ilə əlaqədar aprelin 13-dən fövqəladə vəziyyətin tətbiqi barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma qubernator Suzuki Naomiçi ilə mer Akimoto Katsuhironun görüşü zamanı əldə edilib.

Görüşdə S.Naomiçi bildirib ki, son beş gündə prefekturada koronavirusa yoluxanların sayı ikirəqəmli həddə çatıb. Ola bilər ki, prefekturada infeksiyanın ikinci dalğası başlanıb.

Xatırladaq ki, Yaponiyada ilk olaraq Hokkaydo prefekturasında elan edilən və üç həftə davam edən fövqəladə vəziyyət martın 19-da dayandırılıb. Fövqəladə vəziyyətin növbəti dəfə tətbiq edilməsi, Sapporoda və ətraf ərazilərdə ibtidai, orta natamam və orta məktəblərin mayın 6-dək bağlanmasını nəzərdə tutur. Sapporodakı ictimai obyektlərin də həmin müddətə bağlanacağı bildirilir.

Bundan əlavə, prefekturanın və şəhərin səhiyyə sisteminin fəaliyyətinin gücləndirilməsi, həmçinin mərkəzi hökumətdən yerli biznesə yardım göstərilməsinin xahiş olunması nəzərdə tutulur.


Create Account



Log In Your Account