May 18 2020 12:43
Elshad Aliyev
Views: 40

Mayın 18-də Yaponiyanın mərkəzi Hönşü adasının şimal-şərq sahillərində 5,2 bal gücündə zəlzələ olub.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Miyaqi prefekturasının sahillərində, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Zəlzələnin, həmçinin İvate və Fukuşima prefekturalarında da hiss olunduğu bildirilir.


Create Account



Log In Your Account