Feb 20 2020 14:45
Elshad Aliyev
Views: 103

Fevralın 20-də Yaponiyanın mərkəzi hissəsində 4,5 bal gücündə zəlzələ olub. AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Tokio yaxınlığındakı Çiba prefekturasında, ocağının 30 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi barədə xəbərdarlıq elan edilsə də, sonradan ləğv olunub.


Create Account



Log In Your Account