Jun 17 2021 15:54
Elshad Aliyev
Views: 102

Yaxın günlərdə “Səyyar kinoteatr” layihəsinə start veriləcək. Layihə Nizami Kino Mərkəzi və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə iyunun sonundan etibarən həyata keçiriləcək.

Bu barədə AZƏRTAC-a məlumat verən Nizami Kino Mərkəzinin direktor müavini Arzu Əhədova bildirib ki, layihəsi çərçivəsində karantin şərtlərinə uyğun olaraq Azərbaycanın bir neçə bölgəsində kino nümayişləri təşkil ediləcək.

Onun sözlərinə görə, layihənin əsas məqsədi ölkəmizin regionlarını gəzərək gəncləri müasir Azərbaycan kinosu ilə tanış etmək və onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün şərait yaratmaqdır. Film nümayişləri ilə yanaşı, təqdim ediləcək ekran əsərlərinin yaradıcı heyəti və kino sənəti mütəxəssisləri ilə görüş və təlimlər nəzərdə tutulub. Yay mövsümü boyu kinosevərlərə hər həftə Azərbaycanın müxtəlif bölgələrində fərqli janrda olan filmlər təqdim olunacaq.

Tamaşaçılar filmləri ödənişsiz izləyə bilərlər. Filmlərin nümayiş tarixi və bölgələr haqqında qısa zamanda Nizami Kino Mərkəzinin və “Davam” Gənclər Hərəkatının sosial şəbəkə hesablarında məlumat veriləcək.


Create Account



Log In Your Account