Jul 14 2020 13:22
Elshad Aliyev
Views: 37

ABŞ-ın səhiyyə sahəsinin nümayəndələri və dərman istehsalçıları yayın sonlarına qədər yeni növ koronavirusa qarşı potensial vaksinin hazırlanmasına başlamaq istəyir.

AZƏRTAC CNBC telekanalına istinadla xəbər verir ki, 2021-ci ilin əvvəlinə ABŞ-da 300 milyon vaksin dozası hazırlana bilər. Lakin hələkik mümkün vaksinlərdən hansının effektiv olacağı və ümumiyyətlə həmin dövrədək uğurlu vasitə əldə ediləcəyi məlum olmasa da, istehsal prosesinə ilkin start verilib.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 12:50-yə olan məlumatına əsasən, dünyada 13 milyon 249 mindən çox yoluxma və 575 min 844 ölüm faktı qeydə alınıb, 7 milyon 718 min 307 nəfər COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicəsi davam edən 4 milyon 955 min 424 xəstədən 59 min 208-nin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da indiyə qədər yeni koronavirusa yoluxanların sayı 3 milyon 479 min nəfəri ötüb, 138 min 247 nəfər isə həyatını itirib. Birləşmiş Ştatlar dünya ölkələri arasında həm yoluxanların, həm də ölənlərin sayına görə birinci yerdədir.


Create Account



Log In Your Account