Apr 01 2020 11:23
Elshad Aliyev
Views: 66

Yeni koronavirusun yayılmasının qarşısını almaq üçün evlərində izolyasiyada qalmağa məcbur olan amerikalıların sayı 270 milyona çatıb.

AZƏRTAC bu barədə “New York Times” qəzetinə istinadla xəbər verir.

Əhalisinin sayı təxminən 330 milyon nəfər olan ABŞ-ın əksər ştatları yerli sakinlərə evlərində qalmaq barədə göstəriş verib. Amerikalılar yalnız mağazaya, həkimə getmək və gəzişmək üçün evlərini tərk edə bilərlər. Hərəkətə məhdudiyyətlər ABŞ-ın 33 ştatında, 89 dairəsində və 29 şəhərində, həmçinin Puerto-Riko və paytaxt Kolumbiya dairələrində tətbiq olunub.

Xatırladaq ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib. Təşkilatın son məlumatına görə, artıq dünyada 860 min yoluxma və 42 min 344 ölüm faktı qeydə alınıb.

Birləşmiş Ştatlarda virusa yoluxanların sayı 189,6 min nəfərə, ölənlərin sayı isə 4079 nəfərə çatıb. ABŞ xəstələrin sayına görə dünyada birinci yerdədir.


Create Account



Log In Your Account