Jan 31 2017 14:46
Ulviyye Sabirqizi
Views: 1700

Bu il feal ayından etibarən İranın "Mahan" aviaşirkəti Azərbaycana birbaşa uçuşlar təşkil edəcək.

Şirkətin təşkil etdiyi Tehran-Bakı aviareysinin ilk sərnişinləri fevralın 1-də Bakı Hava Limanında yerli vaxtla saat 09:50-də olacaqlar.

Tehran-Bakı ikitərəfli reysinin açılış mərasimində İranın Azərbaycandakı səfiri və aviaşirkətin nümayəndələri iştirak edəcəklər.

Məlumata görə, reyslər çərşənbə və şənbə günləri daxil olmaqla, həftədə 2 dəfə, mart ayından başlayaraq isə cümə günü də daxil olmaqla, həftədə 3 dəfə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda İranın "ATA" aviaşirkəti Tehran-Bakı reyslərini həyata keçirir.

 


Create Account



Log In Your Account