Aug 14 2020 10:39
Elshad Aliyev
Views: 36

Yeni Zelandiya cari həftənin əvvəllərində son üç ayda ilk yerli yoluxmanın qeydə alınması ilə əlaqədar koronavirusun yayılması barədə təhlükə səviyyəsini yenidən qaldırıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə qərar virusun bir neçə yerdə yayılması məlum olduqdan sonra qəbul edilib.

Bildirilir ki, Yeni Zelandiyanın səhiyyə orqanları avqustun 11-də Oklend şəhərində bir ailənin dörd üzvünün koronavirus testinin müsbət nəticə verməsi barədə məlumat yayıblar. Onların yoluxma mənbəyinin təyin edilmədiyi qeyd olunur.

Bu, mayın sonlarından bəri xaricdən gələnlər istisna olmaqla, ilk yerli yoluxma halıdır. Virusun qarşısının alındığını elan edən yerli hökumət iyunda sərhəddə yoxlamalar istisna olmaqla, koronavirusla əlaqədar məhdudiyyətləri ləğv edib.

Koronavirusun yeni dalğası hökuməti bütün ölkə ərazisində təhlükə səviyyəsini qaldırmağa məcbur edib.


Create Account



Log In Your Account