Apr 27 2020 14:31
Elshad Aliyev
Views: 59

Aprelin 27-də Yeni Zelandiyanın Cənub adasının cənub-qərbində 5,6 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Geofiziki Müşahidə Xidməti məlumat yayıb.

Yeraltı təkanların yerli vaxtla saat 10:52 dəqiqədə Te-Anau şəhərindən 40 kilometr şimalda, ocağının isə 56 kilometr dərinlikdə qeydə alındığı bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.


Create Account



Log In Your Account