Sep 12 2018 18:40
Ferah Sabirqizi
Views: 326

"Park Cinema Flame Towers" kinoteatrında ABŞ istehsalı olan “Yırtıcı” filminin premyerasına 2 gün qalmış qapalı nümayişi baş tutub. Filmin ilk izləyiciləri KİV nümayəndələri, blogger, aktyor, prodüser və rejissorlar olub.  

"Yırtıcı" - “20th Century Fox” studiyası tərəfindən çəkilmiş bir sıra fantastik filmlərin davamıdır. Bu ekran əsərini "Dəmir Adam 3" filminin rejissoru Şeyn Blek çəkib. O, 1987-ci ildə ekranlaşdırılan ilk "Yırtıcı" filmində rol alıb.

Süjet xəttinə gəlincə, baş qəhrəman keçmiş dənizçidir. O, yer üzündə pis niyyətli əcnəbi irqi məxluqları aşkar edir. Lakin bu məxluqların mövcud olduğuna heç kim inanmır. Gözlənilməz anda onun oğlu Yırtıcı ilə döyüşün əsas qəhramanına çevrilir. Uşaq dilləri çox tez öyrəndiyinə görə əcnəbi varlıqları başa düşə bilir...

Filmdə baş rollarda Boyd Holbruk, Trevante Rouds, Ceykob Trembley, İvonn Straxovski, Oliviya Mann və başqaları çəkilib.

Fantastik janrda çəkilən "Yırtıcı"nı sentyabrın 13-dən etibarən "Park Cinema"nın bütün kinoteatrlarında 2D, 3D, LaseR və IMAX 3D formatlarında izləmək mümkündür. Film rus, ingilis və türk dillərində dublyaj, həmçinin Azərbaycan dilində alt yazılarla nümayiş olunur.

"Park Cinema" – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə "Park Bulvar", "Metropark", "Zagulba Mall" ticarət və əyləncə mərkəzləri, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu "Flame Towers" daxildir.


Create Account



Log In Your Account