Dec 29 2019 13:48
Elshad Aliyev
Views: 137

Dekabrın 29-da Yəmənin Əd-Daliə əyalətində keçirilən hərbi parad zamanı güclü partlayış baş verib.

AZƏRTAC Əl-Ərəbiyə telekanalına istinadla xəbər verir ki, ilkin məlumata əsasən, partlayış nəticəsində azı yeddi nəfər həlak olub.

Paradın keçirildiyi yerə raket zərbəsi endirildiyi bildirilir.

Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları və sabiq prezident Əli Abdullah Salehə sadiq ordu hissələri, digər tərəfdə isə hökumət qüvvələri və Prezident Abd Rabbu Mənsur Hadiyə sadiq könüllülər iştirak edir.

Paytaxt Səna şəhəri üsyançıların nəzarəti altındadır. 2015-ci ildən etibarən onların mövqeləri Səudiyyə Ərəbistanını başçılıq etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələri tərəfindən bombardmana məruz qalır.


Create Account



Log In Your Account