Dec 29 2019 15:43
Elshad Aliyev
Views: 136

Dekabrın 29-da Yəmənin Əd-Daliə əyalətində keçirilən hərbi parad zamanı baş verən güclü partlayış nəticəsində həlak olanların sayı on nəfərə çatıb.

AZƏRTAC Sky News Arabia telekanalına istinadla xəbər verir ki, hadisə nəticəsində 30 nəfər yaralanıb.

İnsidentin partladıcı ilə yüklənmiş pilotsuz uçan aparatın parad zamanı əs-Sumud stadionunun tribunası üzərində işə salınması nəticəsinə baş verdiyi bildirilir.

Cənubi Yəmənin Keçid şurasına tabe olan “Təhlükəsizlik kəməri” qüvvələri partlayışda “Ənsar Allah” hərəkatının husi üsyançılarını ittiham edib.


Create Account



Log In Your Account