May 31 2020 17:55
Elshad Aliyev
Views: 138

Yunanıstan iyunun 15-dən başlayaraq turistlər üçün sərhədlərini açacaq.

AZƏRTAC xəbər verir ki, ölkəyə yalnız 29 ölkədən gələn turistlər daxil ola bilər. Turistləri Afina və Saloniki beynəlxalq hava limanları qəbul edəcək. Beləliklə, iyunun 15-dən Albaniya, Avstraliya, Avstriya, Bolqarıstan, Çexiya, Çin, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Almaniya, Macarıstan, İsrail, Yaponiya, Latviya, Litva, Livan, Malta, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Cənubi Koreya, İsveçrə və Finlandiyadan gələn vətəndaşlar ölkəyə daxil ola bilər. Siyahının iyulun 1-dən genişlənməsi gözlənilir.


Create Account



Log In Your Account