Apr 09 2021 09:26
Elshad Aliyev
Views: 127

Yunanıstanda koronavirusa yoluxanların sayı 288 min 230 nəfərə çatıb.

AZƏRTAC Yunanıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 3215 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 8680 nəfərdir, 266 min 813 nəfər sağalıb.

Qeyd edək ki, Yunanıstan hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır. Ölkədə sərt məhdudiyyətlər tədbiq edilib. Təhsil ocaqlarında dərslər dayandırılıb, kütləvi yığıncaqlara icazə verilmir. Məhdudiyyətlərin mayın ortasına kimi davam edəcəyi gözlənilir.


Create Account



Log In Your Account