Jul 02 2020 11:38
Elshad Aliyev
Views: 48

İyun ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft istehsalı son 29 ilin minimumuna enib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ötən ay OPEC-in neft istehsalı mayla müqayisədə 1,92 milyon barrel azalaraq gündəlik 22 milyon 620 min barrelə düşüb. Bu, 1991-ci ildən bəri kartel üzrə ən aşağı hasilat göstəricisidir.

Qeyd edək ki, OPEC hasilat göstəricilərini rəsmi olaraq açıqlamayıb.

Mayda OPEC-in neft hasilatı sutkada 24 milyon 190 min barrel olub.


Create Account



Log In Your Account