Mar 03 2020 12:00
Elshad Aliyev
Views: 42

Genişmiqyaslı komanda-qərargah təlimləri davam edir.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, təlimin növbəti mərhələsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində ərazidə açılmış təlimin komanda idarəetmə məntəqəsində olaraq qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb.

Ümumi əməliyyatların planlaşdırılması, təminat, döyüşü idarəetmə, artilleriya, hava hücumundan müdafiə və digər qoşun növlərinin idarəetmə qruplarına, maket və taktiki sinif otaqlarına baş çəkən Müdafiə naziri idarəetmə orqanlarının fəaliyyəti xüsusilə silahlanmaya yeni qəbul olunan döyüş vasitələrinin istifadəsi ilə bağlı müvafiq göstərişlər verib.

 


Create Account



Log In Your Account