Jan 27 2017 13:00
Ulviyye Sabirqizi
Views: 1330

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Sergey Lavrovun bu ay azərbaycanlı və erməni həmkarları ilə apardığı danışıqları şərh edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Sergey Lavrovun Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşlərində müzakirə olunan məsələlərin ictimaiyyətə açıq olan hissəsinin mətbuat xidməti tərəfindən yayıldığını söyləyib:

"Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr haqqında məndə əlavə məlumat yoxdur. Bildiyiniz kimi, bu, çox həssas mövzudur. Sözsüz ki, danışıqlar çox konstruktiv keçib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hərəkətə gətirilməsinə istiqamətlənən konkret və fərqli ideyalar ətrafında müzakirələr aparılıb. Bu görüşlərin yekunlarına dair nə deyilməliydisə, deyilib".

Rusiya XİN sözçüsü Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni görüşlərinin planlaşdırılıb-planlaşdırılmamasına da aydınlıq gətirib:

"Yeni görüşlər əlbəttə ki, olacaq. Hələlik qrafik formalaşmayıb. Sözsüz ki, bu mövzu Rusiya xarici siyasəti üçün prioritet olaraq qalır. Ona görə də, müxtəlif formalarda təmaslar davam edəcək".

 


Create Account



Log In Your Account