May 27 2020 14:06
Elshad Aliyev
Views: 154

Bu günə olan məlumata görə, Özbəkistanda COVID-19-a yoluxanlardan 2636-sı sağalıb. AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutka ərzində koronavirusa 72 yoluxma faktı qeydə alınıb və yoluxanların sayı 3333-ə çatıb.

Hazırda 683 nəfərin müalicəsi davam edir,14 nəfər isə ölüb. Ölkədə koronavirusa yoluxan tibb işçilərinin sayı 300-ü keçib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə koronavirusa yoluxanların sayının artması ilə əlaqədar karantin rejiminin gücləndirilməsini təklif edib. Dövlət başçısı bildirib ki, indiyədək xarici ölkələrdən 47 min Özbəkistan vətəndaşı vətənə gətirilib.

Şavkat Mirziyoyev deyib ki, son iki həftə ərzində xaricdən gətirilən vətəndaşalrımızın təxminən yarısında bu virus aşkar olunub.


Create Account



Log In Your Account