Jul 10 2020 16:06
Elshad Aliyev
Views: 137

Son günlər Özbəkistanda COVID-19-a yoluxma halında kəskin artım qeydə alınır. Sutka ərzində yoluxanların sayı 464 nəfər olub. Hazırda ölkədə 11 min 723 koronavirus xəstəsi var.

Son sutkada koronavirusdan 6 nəfər ölüb və pandemiya dövründə dünyasını dəyişənlərin sayı 52-yə çatıb.

Yoluxma və ölüm sayındakı artıma görə hökumət sərt tədbirlər görməyə məcbur olub. İyulun 10-dan avqustun 1-dək ölkədə karantin yenidən gücləndirilib.


Create Account



Log In Your Account