May 15 2020 11:31
Elshad Aliyev
Views: 55

Özbəkistanda COVID-19 koronavirusu ilə bağlı karantin rejimi iyunun 1-dək uzadılıb.

AZƏRTAC xəbər verir ki, mayın 15-dən Daşkənddən ölkənin Nukus, Urgenc, Termez şəhərlərinə təyyarə reysləri, Səmərqənd, Buxara, Nəvai, Karşi şəhərlərinə və Fərqanə vadisinə dəmir yolu əlaqəsi açılacaq, muzeylər, parklar, stadionlar öz fəaliyyətini bərpa edəcək. Hələ ki, ictimai nəqliyyat, o cümlədən metro işləmir.

Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 2652 nəfərə çatıb.

Bu günədək 2136 xəstə sağalıb, 505 nəfər müalicə olunur, 11 nəfər ölüb.

Bildirilir ki, hazırda karantində 40 mindən artıq adam var.


Create Account



Log In Your Account