Jun 03 2020 11:37
Elshad Aliyev
Views: 54

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 3769-a çatıb. AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkədə bu virusdan 2908 nəfər sağalıb, 837 xəstənin müalicəsi davam edir, 10 pasiyentin vəziyyəti ağır qiymətləndirilir, 15 nəfər həyatını itirib.

Ölkədə koronavirusa yoluxan tibb işçilərinin sayı 300-dən artıqdır, onların da təxminən 70 faizi sağalıb.

Özbəkistanın baş sanitar müfəttişi Nurmat Atabekov bu gün keçirdiyi brifinqdə deyib ki, ölkədə koronavirusa yoluxanların 80 faizi xəstəliyi yüngül, 15 faizi orta ağır, 2-3 faizi isə ağır formada keçirir.

Operativ Qərargahın məlumatına görə iyunun 7-dək Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Misirdən Özbəkistan vətəndaşlarını ölkəyə gətirən doqquz çarter reysi həyata keçiriləcək.


Create Account



Log In Your Account