Apr 14 2020 11:31
Elshad Aliyev
Views: 70

Sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 158 nəfər artaraq 1054 nəfərə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkədə koronavirusdan 85 nəfər sağalıb, dörd xəstə ölüb.

Bildirilir ki, xəstəliyə yeni yoluxanlar karantində olanların hesabına artıb.

Məlumatda bildirilir ki, Özbəkistanda stasionar və ev şəraitində karantində olanların sayı nəzərə çarpacaq dərəcədə aşağı düşüb, indi bu rəqəm 80 mindir.


Create Account



Log In Your Account