Apr 18 2020 10:53
Elshad Aliyev
Views: 65

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı son sutka ərzində 70 nəfər artaraq 1450-yə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək 156 nəfər sağalıb, 4 xəstə dünyasını dəyişib.

Bildirilir ki, Daşkənddə 355 nəfər bu virusa yoluxub. Onların arasında bir yaşınadək olan 7 uşaq, 20 məktəbli, 52 evdar qadın, 20 işsiz adam və 12 gənc var.


Create Account



Log In Your Account